heç nəyə sahib olmamaq

to have not a rag иметь ни капли, ничего
heç nəyə dəyməz (yaramaz)
heç nəyi yox
OBASTAN VİKİ
Enn Heç
Enn Heç (ing. Anne Celeste Heche, 25 may 1969, Avrora[d], Ohayo – 11 avqust 2022, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası, rejissoru və ssenaristi. Enn Heç 25 may 1969-cu ildə ABŞ-nin Ohayo ştatının Avrora şəhərində anadan olub. Atası baptist kilsəsində keçirilən xorun rəhbəri olub.1983-cü ildə QİÇS xəstəliyi səbəbindən atasını, bir il sonra isə baş vermiş avtoqəza nəticəsində aktyor karyerasına yeni başlayan özündən yaşca böyük olan qardaşını itirib.1985-ci ildə Enn-in 16 yaşı olarkən o, aktyorluq karyerasına yeni qədəm qoyacaq "Dünya necə fırlanır" adlı operada iştirak etmək üçün ilk təklifi alır. Lakin, anasının məsləhəti ilə ilk əvvəl məktəbi bitirməyi daha vacib hesab edərək bu təklifi rədd edir. Məktəbi bitirər bitirməz Nyu-York şəhərinə köçən Enn burada "Başqa Dünya" adlı serialda çəkilmək təklifini qəbul edir və həmin serialda oynadığı rola görə Emmy mükafatına layiq görülür.90-cı illərdə "Doni Brasko", "Vulkan", "Mən bilirəm siz keçən yay nə etmisiniz", "6 gün 7 gecə" adlı bir neçə uğurlu filmlərdə çəkilməsi kino sənayesində olan rəğmətini daha da artırmışdır.
Sahib
Sahib — Kişi adı. Sahib Alıyev (dəqiqləşdirmə) Sahib Alıyev (siyasətçi) — Azərbaycan Azərbaycan Respublikasının Milli Məclisi IV çağırış, V çağırış və VI çağırış deputatı, Azərbaycan Respublikasının Əməkdar jurnalisti. Sahib Alıyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Sahib Əhmədov Sahib Əhmədov (zooloq) — biologiya üzrə fəlsəfə doktoru, publisist, zooloq. Sahib Əhmədov (şəhid) — Qarabağ müharibəsi iştirakçısı, şəhid.
Sahib (İran)
Sahib — İranın Kürdüstan ostanının Saqqız şəhristanının Ziviyə bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,489 nəfər və 344 ailədən ibarət idi.
Sahib Abdullayev
Abdullayev Sahib Əhməd oğlu (15 oktyabr 1952, Şahvəlli, Cəbrayıl rayonu – 13 aprel 2017) — Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” fəxri media mükafatı laureatı. 1952-ci ildə Cəbrayıl rayonunun Şahvəlli kəndində anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakultəsini bitirmişdir. Tələbəlik illərindən ədəbi-publisistik yazıları, ədəbi-fəlsəfi esseləri və şeirləri müntəzəm çap olunur. Əsərləri ondan çox almanaxda işıq üzü görmüşdür. “At murad deyilmiş” ədəbi-fəlsəfi esselər, publisistik düşüncələr, portret oçerklər, povest və hekayələr ("Azərbaycan" nəşriyyatı, Bakı-2002; 280 səh.) “Taleyim dönüb Tanrıma” nəsr nümunələri, poemalar və şeirlər ("Nurlan" nəşriyyatı, Bakı-2007; 512 səh.), “Dəfn olunmuş tütək” roman ("Adiloğlu" nəşriyyatı, Bakı-2010; 360 səh.), "Kəndim mənim - Pirim mənim" poema ("MBM" mətbəəsi, Bakı-2011; 88 səh.), "Çarmıxa çəkilmiş ruhların harayı" poema ("Təknur" nəşriyyatı, Bakı-2013; 224 səh.), "Yozulmayan yuxular" roman ("Elm və təhsil" nəşriyyatı, Bakı-2015; 552 səh.) kitablarının müəllifidir. “Xudafərin” (2000-2009) qəzetinin baş redaktoru olmuş, hazırda “Katarsis dünyası” (2009) qəzetinin baş redaktorudur. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. “Qızıl Qələm” fəxri media mükafatı laureatıdır. “Dirili Qurbani” ədəbi məclisinin yaradıcılarından biridir.
Sahib Alıyev
Sahib Eyvaz oğlu Alıyev (24 avqust 1964, Aşağı Şorca, Basarkeçər rayonu) — Azərbaycan Azərbaycan Respublikasının Milli Məclisi IV çağırış, V çağırış və VI çağırış deputatı, Azərbaycan Respublikasının Əməkdar jurnalisti. Sahib Alıyev 24 avqust 1964-cü ildə Göyçə mahalının Aşağı Şorca kəndində anadan olub. Qonşu Daşkənd kənd orta məktəbini bitirib. 1986-cı ildə Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə ilə bitirmişdir. "Lider" televiziyasının siyasi icmalçısı olub. Sahib Alıyev 1992-ci il prezident seçkilərində prezidentliyə namizədlər arasında keçirilmiş debat verilişinə aparıcılıq etmişdir. 2010-cu, 2015-ci və 2020-ci illərdə 95 saylı Tərtər seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisi IV çağırış, V çağırış və VI çağırış deputatı seçilib. Sahib Alıyev Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar komitəsinin sədr müavini və Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr komitəsinin üzvüdür.
Sahib Ağayev
Mir Sahib Ağazadə (Ağayev Sahib Qabil oğlu;23 fevral 1980, Bakı) — Azərbaycan aktyoru, rejissor. Mir Sahib Ağazadə 1980-ci ildə Bakıda anadan olmuşdur. Bakı İslam Universitetini (1996-2000), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rejissorluq” fakültəsini (2001-2004) bitirmişdir. 2000-2003-cü illərdə “Zaman” müstəqil teatrında aktyor, rejissor köməkçisi, quruluşçu rejissor vəzifələrində çalışmışdır. Bir müddət sonra özünün “İrfan” adlı müstəqil teatr studiyasını yaradıb. Bu studiada bir neçə tamaşa və kompozisiyaya quruluş verib (2004-2007). Tələbəlik illərindən kurs rəhbəri Vaqif İbrahimoğlunun yaratdığı Yuğ teatrında aktyor, rejissor köməkçisi kimi fəaliyyət göstərib. 2007-ci ildən 2019-cu ilə qədər “Yuğ” Dövlət Teatrında quruluşçu rejissor vəzifəsində çalışıb. Bir neçə bədii film və serialda aktyor kimi rol alıb. Dövlət tədbirlərinin, yubiley və bədii gecələrinin quruluşçu rejissoru olub.
Sahib Heydərov
Sahib Həsənov
Sahib Azər oğlu Həsənov (19 oktyabr 1999; Gəncə, Azərbaycan — 17 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Sahib Həsənov 19 oktyabr 1999-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 2017-ci ildə Gəncə şəhər 7 nömrəli tam orta məktəbi bitirmişdir. Sahib Həsənov 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsində xidmət etmişdir. Sahib Həsənov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Sahib Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sahib Həsənov 17 oktyabr 2020-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 18 oktyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahib Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Sahib Musayev
Sahib Kazım oğlu Musayev (1952, Çimkənd) — Azərbaycanlı alim, professor, tibb elmləri doktoru, əməkdar elm xadimi. Beynalxalq Elmlər Akademiyasının həqiq üzvü, Revmatologiya İnstitutu Sahib Musayevin ailəsi Qazaxstan Respublikasının Çimkənd vilayətinə sürgün edilib. O, 1952-ci ildə burada anadan olur. Əslən Borçalı mahalının Mameyi kəndindəndir. 1954-cü ildə ailəsi bəraət aldıqdan sonra buraya qayıtmışdır. Orta məktəbi Qərbi Azərbaycanın Loru bölgəsinin Ləmbəli kəndində bitirib. 1966-cı ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Dövlət Tibb Universitetinin) müalicə-profilaktika fakültəsinə daxil olub və 1975-ci ildə məzun olub. 2006-cı il iyunun 16-da Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adı verilmişdir.
Sahib Məmmədov
Sahib Məmmədov (siyasətçi) — Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri. Sahib Məmmədov (baş çavuş) — Vətən müharibəsi şəhidi.
Sahib Nəbiyev
Sahib Paşazadə
Sahib Ağaverdi oğlu Paşazadə (24 oktyabr 1980, Bakı) — tarzən, Beynəlxalq Muğam Mərkəzinin direktoru (2023-cü ildən) Əməkdar artist (2011), Prezident mükafatçısı (2011–2018), Tərəqqi medalı laureatı (2020), Beynəlxalq Müsabiqələr qalibi, dosent (2013). 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1987-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə piano sinfi üzrə daxil olmuşdur. 1992-ci ci ildən Tar ixtisası üzrə təhsilini davam etdirmişdir. İlk müəllimi-atası xalq artisti, professor Ağaverdi Paşayev olmuşdur. Sonra isə not ixtisası üzrə Akif Novruzov, muğamdan isə Sərvər İbrahimovdan dərs almışdır. 1996-cı ildə Ümumrespublika üzrə keçirilən "Yaşıl yarpaq-96" — Respublika Radio Müsabiqəsinin qalibi olmuşdur −1-ci yer. 1997-ci ildə "Sadıqcan-150" ifaçıların 1-ci Respublika müsabiqəsinin laureatı-3-cü yer. 1998 ildə Orta ali tehsil məktəbləri arasında keçirilən 7-ci Ümumrespublika müsabiqəsinin qalibi-1 yer. 1998-ci ildə "Muğam-98" Respublika müsabiqəsinin laureatı — 3-cü yer.
Sahib Qarayev
Sahib Qarayev (Sahib Səhyəddin oğlu Qarayev; 25 sentyabr 1941, Qubadlı ) — "Tərəqqi" medalı, "Şərəf nişanı" ordeni, "Əmək veteranı" medalı, "Sosialist Müsabiqəsi Qalibi" nişanı təltifçisi. Sahib Qarayev 25 sentyabr 1941-ci ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olmuşdur. 1959-cu ildə Hal kənd orta məktəbini bitirdikdən sonra Sumqayıt şəhərinə gəlmiş, “Sintezkauçuk” zavodunda çilingər peşəsi üzrə əmək fəaliyyətinə başlamışdır. 1960-cı ildə Azərbaycan Politexnik İnstitutuna qəbul olmuş və istehsalatdan ayrılmadan ali təhsil almış, mühəndis-mexanik ixtisasına yiyələnmişdir. Sahib Qarayev 8 iyun 2015-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir. 1967-ci ilə kimi həmin zavodda usta, növbə rəisi vəzifələrində çalişmişdır. 1967-ci ilin avqust ayından 1969-cu ilin aprel ayına kimi Sumqayıt Yük Avtomobil Bazasında avtodəstə rəisi, 1969-cu ildən 1972-ci ilə kimi Sumqayıt Sərnişindaşınma Avtobazasının baş mühəndisi, sonra rəisi, 1972-1975-ci illər Sumqayıt Sərnişindaşınma Avtobazasının müdiri, 1975-ci ildən 1982-ci ilin dekabr ayına qədər Sumqayıt Şəhər Avtonəqliyyat İstehsalat Birliyinin rəisi vəzifəsində çalışmışdır. 1982-ci ilin dekabr ayında Sahib Qarayev Bakı şəhərindəki Avtomobil Bazanın rəisi vəzifəsinə təyin edilmiş, 1985-ci ilin mart ayına qədər bu vəzifədə işləmişdir. Həmin ilin mart ayında o, yenidən Sumqayıt şəhərinə dəvət edilmiş və Avtonəqliyyat İstehsalat Birliyinin Baş direktoru vəzifəsinə təyin edilmişdir. 1987-ci ilin sentyabr ayından 1988-ci ilin oktyabr ayına qədər Bakı Taksi Nəqliyyat idarəsi Baş direktorun müavini, 1988-ci ilin oktyabr ayından 1989-cu ilin sentyabr ayına qədər Bakı şəhəri 2 saylı Taksimotor parkının direktoru, 1989-cu ilin sentyabr ayından 1997-ci ilin yanvar ayına qədər Sumqayıt Avtokombinatının direktoru vəzifəsində işləmişdir.
Sahib Quliyev
Sahib Quliyev — Sahib Quliyev 26 oktyabr 1954-cü ildə Ağsu rayonunun Bico kəndində dünyaya göz açıb. Sahib Quliyev ixtisas təhsilini əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1972–1978) alıb, sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Heykəltəraşlıq fakültəsini (1981–1989) bitirib. 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Yaradıcılığa erkən yaşlarından başlayan heykəltaraş bu yolda qarşılaşacağı bir sıra çətinliklərə baxmayaraq öz əzmi və iradəsi ilə təsviri sənət aləmində yaradıcı bir insan kimi özünəməxsus — milli ruha əsaslanan axtarışları ilə heykəltaraşlıq sənətinin incəliklərini dərindən mənimsəyib və özündə ənənə ilə müasirliyin qovşağını əks etdirən çoxsaylı kiçik plastika nümunələrinin yaradıcısıdır. Belə ki, Sahib Quliyev hələ yetkinlik dövrünə çatmamış sarı təndir gilindən istifadə etməklə, ətrafında gördüklərini bədii görüntüyə çevirməklə yanaşı əsas etibarilə keçi və at fiqurlarından ibarət kiçik həcmli heyvan fiqurları, sonrakı dövrlərdə isə boz daşdan keçi fiqurları düzəldərdi. Sahib Quliyevin yaratdığı bədii plastika nümunələrinin səthlərində dekorativ bəzək xarakterli və müəyyən rəmzi məna daşıyan milli ornamentlərdən istifadə olunub. Bu naxışların əksər hissəsini isə dünya şöhrətli "Bico" xalçasından götürülmüş ornamental motivlər təşkil edir. "Bico" çeşnili xalça və onun üzərindəki həndəsi elementlər ümumiyyətlə heykəltaraşın yaradıcılığına böyük təsir göstərib. Sahib Quliyevin bir sənətkar kimi formalaşmasında milli plastika sənətimizlə yanaşı ünlü ingilis heykəltaraşı Henri Murun da müəyyən qədər təsiri olub. Bu da səbəbsiz deyildi.
Sahib Rüstəmov
Sahib Rəhimov
Sahib Rəhimov (Sahib Səttar oğlu Rəhimov; 26 iyun 1937, Kərimbəyli, Qaryagin rayonu – 8 aprel 2020, Bakı) — dövlət xadimi. Sahib Səttar oğlu Rəhimov 26 iyun 1937-ci ildə Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. Orta məktəbi Kərimbəyli kəndində bitirdikdən sonra 1954-cü ildə Azərbaycan Xalq Təsərrüfati İnstitutunun iqtisadiyyat fakultəsinə daxil olub, 1958-ci ildə uğurla bitirərək, təyinatla Dövlət Plan komitəsinin nəzdində fəaliyyət göstərən Təchizat və Təminat baş idarəsində iqtisadçı kimi əmək fəaliyyətinə başlamışdır. Sonra ki dövrdə o Azərmeşəkagiztikinti və Təminat birliyində baş mühəndis, şöbə müdiri və 1965-ci ilə qədər idarə rəisi vəzifələrini ardıcıllıqla icra etmişdir. Sahib Rəhimov sonra ki illərdə Dövlət Tikinti materiallari İstehsalı Təchizat və Təminat idarəsinin rəis müavini (1965-1966-ci illər), Azərbaycan Kənd Tikinti Nazirliyinin MMTŞ-də baş mühəndis (1966-1969-cu illər), Montin adına Ağac Emalı zavodunun direktoru (1966-1972), Başkolxozlararasitikinti Sənaye Müəssisələri idarəsinin rəisi (1972-1979-cu illər), Meşədəmir zavodunun direktoru (1979-1983-ci illər), Kənd Tikinti Nazirliyinin Tikinti materiallari trestinin müdir müavini və həmin nazirlikdə Azərkəndtikintikomplekt trestinin rəisi (1983-1986),Azəraqrarsənayetikinti Birliyinin rəis müavini (1986-1989), Azərbaycan Dövlət Tikinti və Arxitektura Komitəsinin sədr müavini (1989-1990),Azərsənayetikinti Birliyinin sədr müavini (1991-1991) və Azərbaycan Sənaye Tikinti Materiallari nazirinin müavini (1991-1998) vəzifələrində çalışmışdı. 1998-ci ildən isə onun həyatında yeni bir səhifə açılır. Sahib Rəhimov 1998-ci ildə Qaçqınlar və Məcburi Köckünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müşaviri və 1999-cu ildə Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədr müavini təyin olunur və 2009-cu ilə qədər bu vəzifədə çalışıb. Sahib Rəhimovun əmək fəaliyyəti və vətənə xidməti Azərbaycan Respublikası tərəfindən hər zaman yüksək qiymətləndirilib, müxtəlif zamanlarda o, orden, medallarla, fəxri adlarla təltif olunub. O, Azərbaycan Respublikasının Əməkdar İnşaatcisi fəxri adi və 2007-ci ildə uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə prezident İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Sahib Rəhimov 8 aprel 2020-ci ildə Bakı şəhərində vəfat edib.
Sahib Sailov
Sailov Sahib Ağagül oğlu (15 may 1932, Salyan rayonu) - Azərbaycan Kommunist Partiyası Şamaxı Rayon, Qasım İsmayılov Rayon və Astara Rayon partiya komitələrinin birinci katibi. Sahib Sailov 1933-cü ildə doğulmuşdur. 1954-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun tarix fakultəsini, 1959-cu ildə Moskva Ali Komsomol Məktəbini, 1975-ci ildə isə Sov.İKP MK yanında Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. 1954-1956-cı illərdə orta məktəbdə müəllim kimi işləmişdir. Tarix elmləri namizədidir. 1950-1964-cü illərdə ilk komsomol təşkilatı katibliyindən Azərbaycan LKGİ Mərkəzi Komitəsinin katibi vəzifəsinə qədər yol keçmişdir. 1957-ci ildə Salyan Rayon Komsomol Komitəsinin birinci katibi olmuşdur. 1961-1964-cü illərdə Azərbaycan LKGİ Mərkəzi Komitəsinin təlimatçısı, şöbə müdirinin müavini, katibi olmuşdur. 1957-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvüdür. 1964-1965-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin inspektoru olmuşdur.
Sahib Ömərov
Sahib İbrahimli
Axundov Sahib İbrahim oğlu (17 aprel 1952, Gəncə, Azərbaycan) — şair, dramaturq, yazıçı, ədəbiyyatşünas alim, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Sahib Axundov 1952-ci il aprel ayının 17-də Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1968-ci ildə Gəncə şəhərindəki 1 saylı tam orta məktəbi, 1973-cü ildə isə Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) filologiya fakültəsini bitirmişdir. 1973-cü ilin sentyabr ayından 1974-cü ilin may ayınadık Ucar şəhər 5 saylı səkkizillik məktəbdə müəllim işləmişdir. 1974-cü ilin may ayından 1975-ci ilin iyun ayınadək hərbi xidmətdə olmuşdur. 1975-ci ilin sentyabr ayından 1982-ci ilin iyun ayınadək Ucar şəhər 5 saylı səkkizillik məktəbdə və qiyabi orta məktəbdə müəllim işləmişdir. 1976-cı ildə istehsalatdan ayrılmadan AMEA Nizami adına Ədəbiyyat İnstitutunda aspiranturada təhsil almış və 1983-cü ildə "Qasım bəy Zakirin lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1982-ci ilin iyun ayından 1989-cu ilin may ayınadək AMEA Gəncə Elmi Mərkəzində elmi işçi vəzifəsində işləmişdir.1989-cu ilin may ayından 1995-ci ilin iyun ayınadək Azərbaycan Kənd Təsərrüfatı İnsitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universitetində) mətbuat sahəsində və müəllim işləmişdir. 1995-ci ilin iyun ayında Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Gəncə Şəhər Komitəsinin sədri seçilmişdir. Hal-hazırda həmin vəzifədə işləyir və bununla paralel pedaqoji fəlaiyyətlə də məşğul olur.
Sahib İbrahimov
Sahib Bayram oğlu İbrahimov — Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi veteranı. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin mayoru olan Sahib İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahib İbrahimov "Zəfər" ordeni ilə təltif edildi.
Sahib İsmayilov
Sahib İsmayılov (1973, Siyəzən rayonu) — Azərbaycan cüdoçusu və cüdo məşqçisi. 1973-cü ildə Azərbaycanın Siyəzən rayonunda anadan olmuşdur. Bir çox beynəlxalq və respublika miqyaslı cüdo turnirlərində Azərbaycanı təmsil etmiş və yüksək nailiyyətlər qazanmışdır. Sonralar məşqçilik fəaliyyəti ilə məşğul olmuşdur. Onun yetirmələrindən Cəlil Cəlilov, Elvin Ramazanov, Əfsanə Hüseynova, Sakit Qasımov və s. bir yarışların və beynəlxalq turnirlərin qalibi olmuşlar. Hal-hazırda Sumqayıt şəhəri 2 saylı Uşaq-Gənclər İdman Məktəbində fəaliyyət göstərir. Sahib İsmayılov 2013-cü ildə "Əməkdar məşqçi" fəxri adına layiq görülmüşdür. Azərbaycan Cüdo Federasiyasının ilk beynəlxalq idman ustasıdır.
Sahib İsmayılov
Sahib İsmayılov (1973, Siyəzən rayonu) — Azərbaycan cüdoçusu və cüdo məşqçisi. 1973-cü ildə Azərbaycanın Siyəzən rayonunda anadan olmuşdur. Bir çox beynəlxalq və respublika miqyaslı cüdo turnirlərində Azərbaycanı təmsil etmiş və yüksək nailiyyətlər qazanmışdır. Sonralar məşqçilik fəaliyyəti ilə məşğul olmuşdur. Onun yetirmələrindən Cəlil Cəlilov, Elvin Ramazanov, Əfsanə Hüseynova, Sakit Qasımov və s. bir yarışların və beynəlxalq turnirlərin qalibi olmuşlar. Hal-hazırda Sumqayıt şəhəri 2 saylı Uşaq-Gənclər İdman Məktəbində fəaliyyət göstərir. Sahib İsmayılov 2013-cü ildə "Əməkdar məşqçi" fəxri adına layiq görülmüşdür. Azərbaycan Cüdo Federasiyasının ilk beynəlxalq idman ustasıdır.
Sahib Şirəliyev
Sahib Yusif oğlu Şirəliyev (18 oktyabr 1995; Masallı rayonu, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Sahib Şirəliyev 1995-ci il oktyabrın 18-də Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi. Azərbaycan Ordusunun baş leytenantı olan Sahib Şirəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sahib Şirəliyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Masallı rayonunun Ərkivan qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahib Şirəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahib Şirəliyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahib Şirəliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Sahib Əhmədov
Sahib Əhmədov (zooloq) — biologiya üzrə fəlsəfə doktoru, publisist, zooloq. Sahib Əhmədov (əsgər) — Qarabağ müharibəsi iştirakçısı, şəhid.
Sahib Əkbərov
Sahib İsmayıl oğlu Əkbərov (27 iyul 1951, Otaqlı, Kəlbəcər rayonu) — Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı (1991–1992). Əkbərov Sahib İsmayıl oğlu 1951-ci il iyul ayının 27-də Kəlbəcər rayonunun Otaqlı kəndində Kalxozçu ailəsində anadan olmuşdur.1968-ci ildə Kəlbəcər rayonunda 1 №-li orta məktəbi,1978-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitunu,1986-cı ildə Bakı Ali Partiya Məktəbini ,2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirməklə inşşat mühəndisi, politoloq, iqtisadçı ixtisaları üzrə ali təhsil almışdır. Əmək fəaliyyətinə 1968-ci ilin iyun ayında başlamışdır. Kəlbəcər rayonu "Kalinin" adına kolxozda sahə gözətçisi işləmişdir.1970–1972-ci illərdə hərbi xidmətdə olmuşdur. Ehtiyatda olan zabitdir.193-vcü ildə "Kalinin" adına kolxozda köməkçi mühasib işləmişdir. 1978-ci ilin oktyabr ayından 1979-cu ilin sentyabr ayına kimi Bərdə Kolxozlararası Tikinti İdarəsində quraşdırıcı, iş ustası,1979-cu ilin sentyabr ayından 1980-ci ilin may ayına kimi Azərbaycan SSR Kənd Sənayesi Tikintisi Nazirliyinin 4 №-li trestində mühəndis, texniki şöbənin baş mühəndisi vəzifələrində işləmişdir. 1980-ci ilin may ayından 1982-ci ilin iyul ayına kimi Kəlbəcər rayon XDS baş memarı vəzifələrində işləmişdir, həmin vaxtlar 1984-cü ilin sentyabr ayından 1986-cı ilin iyul ayına kimi Bakı Ali Partiya Məktəbinin Dinləyicisi olmuşdur. 1986-cı ilin iyul ayından 1989-cu ilin aprel ayına kimi Azərbaycan KP Kəlbəcər Rayon Komitəsində təlimatçı, K/T şöbəsinin müdiri, təşkilatı Partiya Şöbəsinin müdir müavini işləmişdir. 1989-cu ilin aprel ayından 1991-ci ilin sentyabr ayına kimi Kəlbəcər Rayon XDS İK sədri, 1991-ci ilin sntyabr ayından 1991-ci ilin oktyabr ayına kimi Kəlbəcər Rayon XDS sədri, həmin vaxtdan may 1992-ci ilə kimi Rayon İcra Hakimiyyətinin başçısı işləmişdir. Dəfələrlə Kəlbəcər Rayon Xalq Deputatları Sovetinin deputatı,1991-ci ildə isə Azərbaycan Respublikası Ali Sovetinin Deputatı olmuşdur.